RU

Yevlaxda yıxılan 72 yaşlı kişi xəstəxanada vəfat etdi

Yevlax rayonunda ehtiyatsızlıqdan xəsarət alan kişi ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.

Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Tağıyev martın 1-də həyətdə ot bağlamalarının üzərində olarkən ehtiyatsızlıqdan yıxılıb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması və boyun nahiyəsindən xəsarət alan Z.Tağıyev xəstəxanaya yerləşdirilsə də, martın 28-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

Избранный
26
2
nocomment.az

3Источники