RU

DİQQƏT: Bağırsaq xərçənginə yoluxmaq istəmirsinizsə, bu qaydalara mütləq əməl edin

Boyat və düzgün saxlanılmayan qidaların insan sağlamlığına təsiri uzun illərdir elmi müzakirə mövzusudur. Xüsusilə, belə qidalarda bakteriyaların, toksinlərin və potensial kanserogen maddələrin yaranması riski diqqət mərkəzindədir. Bəs bu tip qidaların müntəzəm qəbulu xərçəng riskini artırırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, qidaların mümkün qədər təzə istehlak olunması sağlamlıq baxımından vacibdir.

CROSSMEDIA

Onun sözlərinə görə, istər yeməklər, istər çay və digər ərzaq məhsulları hazırlandıqdan dərhal sonra qəbul edilməlidir:

“Hesab olunur ki, qidalar 6-12 saat ərzində düzgün saxlanılmadıqda onların tərkibində müxtəlif mikroorqanizmlər yaranır. Bu infeksiyaların əsas səbəblərindən biri salmonelladır. Bu bakteriya insanlarda ciddi qida zəhərlənmələrinə gətirib çıxara bilər.”

Həkim qeyd edib ki, xüsusilə zülal tərkibli qidalar – yumurta, ət və süd məhsulları daha risklidir.

“Bu qidaların xarab olması zamanı ayrılan toksinlər qusma, qarın ağrısı və ishala səbəb olur, bəzi hallarda isə ölümə qədər aparan ağır nəticələr yarada bilər. Göbələklər də riskli qidalar sırasındadır. Onlardan zəhərlənmə çox ağır nəticələrə gətirib çıxarır. Buna görə də bu cür məhsulların seçimi və saxlanılması zamanı maksimum diqqətli olmaq lazımdır,” – deyə o, əlavə edib.

Fərid Museyibovun sözlərinə görə, qida zəhərlənmələrinin tez-tez təkrarlanması orqanizmdə ciddi fəsadlara səbəb ola bilər:

“Belə hallarda bağırsaq və mədə selikli qişasında zədələnmələr – travmalar yaranır. Bu zədələnmələr təkrarlanarsa, uzunmüddətli perspektivdə xroniki iltihabi proseslərə səbəb olur. Elmi tədqiqatlar göstərir ki, xroniki iltihab isə bəzi hallarda onkoloji xəstəliklərin, xüsusilə mədə və bağırsaq xərçənginin yaranma riskini artırır.”

Aynurə İsmayıl
KONKRET.az

Избранный
54
45
konkret.az

10Источники