RU

Kamilo Duran "Qarabağ"dan ayrılır? - SON DURUM

"Qarabağ"ın hücumçusu Kamilo Duranın növbəti mövsümə harada başlayacağı yerli futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardan biridir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, adı La Liqa təmsilçisi "Jirona" və daha bir neçə Avropa klubu ilə yanaşı çəkilən kolumbiyalı forvarda görə indiyədək Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib. 

Əlbəttə, "köhlənlər" baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında yeni səviyyəyə qədəm qoyan Duranı sata bilərlər. Lakin bunun üçün həm Azərbaycan çempionuna yüksək məbləğ ödəməyə hazır olan klub tapılmalı,  həm də futbolçu özü "Qarabağ"ı başqa komandaya dəyişmək istəyini dilə gətirməlidir. Kamilo Ağdam təmsilçisinin onun karyerasında dönüş nöqtəsi olduğunun fərqindədir.

"Qarabağ"a ötən yay qoşulan Duran cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 39 matça çıxaraq 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Избранный
17
1
fanat.az

2Источники