RU

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı

Bakı. Trend:

Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilərtərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə vəsoyqırımı siyasətinə məruz qalıb, milli və dini mənsubiyyətinə görəkütləvi şəkildə qətlə yetirilmişlər. Xüsusilə XX əsrinəvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanınmüxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisindəazərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlərtörədilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsmanı) Səbinə Əliyevanın 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatında qeydolunub.

Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında baş vermişhadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biriolmuş, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətləyetirildiyi kütləvi qırğınlar kimi tarixə düşüb:

"Bu hadisələr xalqımızın tarixi yaddaşında silinməz iz qoyub.Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran,Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digərbölgələrdə törədilmiş kütləvi qırğınlar həmin ərazilərdə yaşayanazərbaycanlı əhalinin tarixi mövcudluğunu aradan qaldırmağayönəlmiş məqsədli siyasətin tərkib hissəsi olub.

1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasında 110,Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 115, Qars vilayətində 98,Quba qəzasında isə 167 kənd yandırılaraq viran edilmiş, dinc vəmüdafiəsiz əhali misli görünməmiş qəddarlıqla qətlə yetirilib.Həmin dövrdə törədilmiş qırğınların miqyasını və amansızlığını Qubaşəhərində sonradan aşkarlanmış kütləvi məzarlıq və çoxsaylı insanqalıqları əyani şəkildə təsdiqləyir. Bu faktlar insanların yalnızmilli mənsubiyyətinə - azərbaycanlı olduqlarına görə sistemlişəkildə hədəfə alındığını və kütləvi şəkildə qətlə yetirildiyiniaçıq şəkildə göstərir.

Arxiv materialları, tarixi sənədlər və digər mötəbər mənbələr bufaciələri danılmaz sübutlarla təsdiq edir. Sağ qalan şahidlərinifadələri və digər hüquqi sənədlər qətliamların geniş miqyasınıətraflı şəkildə əks etdirir, hadisələrin təsadüfi xarakterdaşımadığını, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü etniktəmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirir.Aparılmış araşdırmalar və hüquqi təhlillər törədilmiş cinayətlərinbeynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübutedir".

Ombudsmanın bəyanatında qeyd olunub ki, 1918-ci ilin mart-aprelhadisələri zamanı mülki əhalinin milli və dini mənsubiyyətinə görəsistemli şəkildə qətlə yetirilməsinə və soyqırımı cinayətlərinəbeynəlxalq miqyasda təəssüf ki, hələ də ədalətli mövqebildirilməyib.

"Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımıhaqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 MartAzərbaycanlıların Soyqırımı Günü elan edilmiş, soyqırımı faktlarınasiyasi-hüquqi qiymət verilməsi, eləcə də tarixi həqiqətlərinaraşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Beynəlxalq səviyyədə azərbaycanlılara qarşı törədilmiş soyqırımıcinayətlərinin tanınması və ədalətin bərpası gələcəkdə insanlıqəleyhinə belə cinayətlərin təkrarlanmaması baxımından çoxmühümdür.

Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş silsiləetnik təmizləmə və soyqırımı cinayətlərinə beynəlxalq təşkilatlarvə BMT-nin üzv dövlətləri prinsipial mövqe bildirməli və 1918-ci ilhadisələrini soyqırımı kimi tanımalıdır", - deyə bəyanatdabildiirlib.

Избранный
53
37
az.trend.az

10Источники