RU

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Martın 29-da cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Bundan başqa, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Bizim.Media

Избранный
17
43
bizim.media

10Источники