RU

“Qarabağ”ın müəmmalı addımı – “Sabah”ı xanımlarla çəkindirmək istəyirlər?

“Qarabağ” aprelin 3-də ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20.00-da başlayacaq.

Xəbər verdiyimiz kimi, oyun üçün biletlər bu gün saat 15.00-da satışa çıxarılacaq. Biletlər “iticket.az”da onlayn, oyun günü isə həm də adı çəkilən idman qurğusunun kassalarında satışda olacaq. İnsafən, qiymətlərin münasib olduğunu bildirməliyik. Çünki azarkeşlər 5, 10 və 20 manat ödəməklə bilet əldə edə bilər. Hər halda, “köhlən atlar” cari mövsümdə Çempionlar Liqasında qazandığı uğurlarla azarkeşlərin dəstəyini haqq edib. Amma...

Ağdam təmsilçisi xanımlar üçün stadiona girişi pulsuz edib. Təbii ki, ilk baxışdan klubun belə addımı maraqlı jest kimi görünür. Lakin “Qarabağ”ın sosial şəbəkə hesablarındakı rəylərə baxsaq, əksər tərəfdarlar bu addımı birmənalı qarşılamayıb. Həqiqətən də, “Sabah” kimi ciddi və iddialı rəqiblə oyunda məhz xanım azarkeşlər üçün biletlərin pulsuz olmasının səbəbi maraq doğurur.

Əlbəttə, “köhlən atlar”ın indiki durumunu nəzərə alsaq, həm premyer-liqada, həm də ölkə kubokunda çempion olmaq şansı Masazır təmsilçisiylə müqayisədə azdı. Belədə məqsəd ev oyunlarında tribunaların mümkün qədər dolmasını təmin etmək olmalıdı. Bunun isə iki əsas yolu var: ya oyuna giriş, ümumiyyətlə, pulsuz olmalı, ya da qiymətlər daha aşağı salınmalıdı.

Maraqlıdı, ağdamlılar, sadəcə, xanım azarkeşlərinə jest etmək niyyətindədi, yoxsa... Bəlkə də “Qarabağ”ın məqsədi tam fərqlidi...

KƏNAN BAHADIR

Избранный
28
1
football-plus.az

2Источники