RU

Akif Əli: “Rasim Balayev Azərbaycan kino sənətinin...”

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Rasim Balayev Azərbaycan kino sənətinin ən populyar ulduzlarından biridir. 

Ümumiyyətlə, Rasim Balayev bir brenddir. O, milli dəyər idi. Onun yaratdığı Nəsimi, Babək və digər obrazlar Azərbaycan kinosunun əbədi tarixinə yazılan qızıl səhifələrdir". 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində deyib. 

O qeyd edib ki, bu çox ağır itkidir:

"Bu itki həqiqətən çox ağırdır. Biz onunla birlikdə həm filmə çəkilmişdik, həm də Azərbaycan Kinematoqrafçılar İttifaqında bir yerdə işləyirdik. Biz onu gözləyirdik ki, gələcək və yenə kino haqqında müzakirələr aparacağıq. Çox təəssüf ki, belə oldu. Ruhu şad olsun".

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
cebheinfo.az

2Источники