RU

Dünya birjaları çalxalanır: Ən çox kim ziyan çəkəcək?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Dünya mediasında, “qiymətlər ən yüksək səviyyəyə qalxdı”, kimi müxtəlif xammal, neft, qaz, əlvan metallarla bağlı məlumatlar yazılır və bizim media da həmin xəbərləri tirajlayır”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

Ekspert ilk öncə oxuçuların nəzərinə bunları çatdırmaq istəyir:

“1. Dünyada ən yüksək neft qiymətləri 2008-ci ilin iyun-iyul aylarında olub, bir barel neft 147-148 dollara satılıb. İndi qiymət 115 dollar civarındadı.

2. Dünyada ən yüksək təbii qaz qiymətləri 2022-ci ilin iyul-avqust aylarında qeydə alınıb. Belə ki, 1000 m3 qazın birjalarda dəyəri 3 890 dollara qədər bahalaşıb. Bu gün isə 1000 m3 qazın qiyməti 750-760 dollardır.

3. Bir ton alüminiumun rekord qiyməti 2022-ci ildə qeydə alınıb. Belə ki, dünya bazarında 1 tonun qiyməti 4 073 dollar olub. Bugünkü qiymət isə 3 428 dollardır. 

Yəni, dostlar, bəli, dünya birjaları çalxalanır, amma xəbərləri araşdırıb yazmaq daha doğrudur, fəlakət ssenarilərindən, “ən çox, ən yüksək”, epitetlərindən uzaq durmaq lazımdır, çünki həqiqətəuyğun deyil...”

“Cebheinfo.az”

Açar sözlər:

neft Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
cebheinfo.az

2Источники