RU

Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə niyə qatılmadı?

Azərbaycan kinosunun korifeyi, Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatsa da, mərasimlə bağlı diqqət çəkən bir detal müzakirə mövzusuna çevrilib.


Bakupost.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində hökumət rəsmiləri, deputatlar, mədəniyyət xadimləri və mərhumun yaxınları iştirak etsə də, Mədəniyyət naziri Adil Kərimli tədbirdə görünməyib.

Maraqlıdır ki, əvvəlcə nazirin mərasimdə iştirak edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin sonradan bu baş verməyib və o, vida mərasiminə qatılmayıb.

Nazirlik isə mərasimdə təmsil olunsa da, Adil Kərimlinin əvəzinə çıxışı onun müavini edib. Mədəniyyət Nazirliyi adından vida nitqi səsləndirilib və korifey sənətkar son mənzilə yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevin vida mərasiminə əklil göndəriblər. Vida mərasimində Baş nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, dövlət rəsmiləri, tanınmış sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimin ardından Xalq artistinin nəşi Birinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Xatırladaq ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.
Избранный
19
yenilik.az

1Источники