RU

İrandakı müharibə necə nəticələnəcək? SİYASİ ŞƏRHÇİ

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

ABŞ-İsrail və İran arasında gərginlik hələ də davam edir. Bu qarşıdurma təkcə hərbi deyil, eyni zamanda siyasi və geosiyasi maraqların toqquşması kimi qiymətləndirilir. Regionda baş verən hadisələr qlobal təhlükəsizlik və enerji bazarlarına da birbaşa təsir göstərir. Tərəflər arasında zaman-zaman artan təzyiq isə vəziyyəti daha da həssas və qeyri-müəyyən edir.

Maraqlıdır, bu gərginlik hansı həll variantına gətirib çıxaracaq və regionda sabitlik yenidən bərpa edilə biləcəkmi. Bu mövzu hələ də aktualdır və beynəlxalq səviyyədə geniş müzakirə olunur.

Məsələ ilə bağlı siyasi şərhçi Aydın Tağıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hələ də Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin olaraq qalır:

“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, Tehranın cavab raket hücumları ilə qarşılıqlı eskalasiya mərhələsinə keçib. Diplomatik kanallar açıq olsa da, tərəflər arasında etimadsızlıq böhranı böyüyür və nüvə obyektlərinin hədəf alınması ehtimalı regionu daha da riskli edir. Nüvə obyektləri və enerji infrastrukturu qarşılıqlı təhdidlərin mərkəzindədir. Bu, regionun təhlükəsizlik arxitekturasını daha da zəiflədir. Əgər tərəflər diplomatik kanalları gücləndirməsə, qarşıdurma daha geniş müharibəyə çevrilə bilər. Ötən bir neçə gün ərzində Yaxın Şərqdə ABŞ-İsrail-İran qarşıdurması qismən  balans nöqtəsindədir. Bu bir tərəfdə diplomatiya cəhdləri, digər tərəfdə isə artan hərbi eskalasiya hərəkətində görnür. Bu vəziyyət bu cür davam edərsə həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır”.

Nurcan Babək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
avtosfer.az

1Источники