RU

TƏCİLİ: ABŞ Yaxın Şərqə 50 minlik ordu göndərdi Qanlı savaş başlayacaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Yaxın Şərqdə yerləşdirilən hərbi qüvvələrinin sayı 50 min nəfəri ötüb.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Məlumata görə, bölgəyə əlavə olaraq 2 500 dəniz piyadası və 2 500 hərbçinin göndərilməsi ilə ABŞ qüvvələrinin sayı adi göstəricidən təxminən 10 min nəfər çox olub.

Nəşr qeyd edir ki, 31-ci Ekspedisiya Dəniz Piyadaları Qrupunun hansı konkret tapşırıqları yerinə yetirəcəyi hələ dəqiqləşməyib. Lakin

ABŞ rəsmiləri bildiriblər ki, prezident Donald Tramp daha genişmiqyaslı hücum variantlarını, o cümlədən Hörmüz boğazını açmaq məqsədilə İranın Xarq adasını və ya digər əraziləri ələ keçirmə ehtimalını nəzərdən keçirir.

Adətən ABŞ-ın Yaxın Şərqdə – Səudiyyə Ərəbistanı, Bəhreyn, İraq, Suriya, İordaniya, Qətər, BƏƏ və Küveytdə yerləşən hərbçilərinin sayı 40 min civarında olur. Lakin İranda gərginliyin artması fonunda bu rəqəm 50 mini keçib. Bu sayın içərisinə USS Gerald R. Ford aviadaşıyıcısında yerləşən 4 500 hərbçi daxil deyil. Gəmi martın 23-də regionu tərk edərək Krit istiqamətinə yollanıb və daha sonra Xorvatiyaya çatıb.

Bundan əlavə, Pentaqon ötən həftə 82-ci Hava Desant Diviziyasından təxminən 2 000 hərbçini də Yaxın Şərqə göndərib. Onların yerləşdirildiyi ərazi açıqlanmır. Məlumata görə, bu qüvvələr Xarq adasının ələ keçirilməsi və ya dəniz piyadaları ilə birgə quru əməliyyatlarında istifadə oluna bilər.

Eyni zamanda hərbi ekspertlər bildirirlər ki, 50 minlik kontingent genişmiqyaslı quru əməliyyatı üçün kifayət deyil. Müqayisə üçün qeyd olunur ki, İsrailin Qəzza sektorunda əməliyyatları zamanı 300 mindən çox hərbçi cəlb olunub, 2003-cü ildə İraqa müdaxilə edən ABŞ rəhbərliyindəki koalisiyanın sayı isə ilkin mərhələdə 250 minə yaxın olub.

Ekspertlərin fikrincə, əhalisi təxminən 93 milyon nəfər olan və geniş əraziyə malik İran kimi bir ölkəni 50 min hərbçi ilə nə ələ keçirmək, nə də nəzarətdə saxlamaq mümkündür.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
1
konkret.az

2Источники