Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin "Hyuston Rokets" komandasının formasını geyinən Alperen Şengün Milli Basketbol Assosiasiyasında (NBA) adını tarixə yazdıraraq yeni rekorda imza atıb.
Moderator.az xəbər verir ki, türkiyəli idmançı bir NBA qarşılaşmasında 35+ xal, 10+ ribaund, 5+ assist, 3+ top oğurlama, 3+ blok və 5+ üçxallıq atış göstəricilərinə çatan ilk basketbolçu kimi yaddaşlarda qalıb.
Ulduz oyunçu bu möhtəşəm uğuru müntəzəm çempionatın son turunda "Nyu-Orlean Pelikans"a qarşı keçirilən oyunda əldə edib. Şengün meydanı 36 xal, 13 ribaund, 7 assist, 3 top oğurlama, 3 blok və 5 üçxallıq atışla tərk edib.
Qeyd edək ki, sözügedən tarixi matç "Hyuston Rokets"in 134:102 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.