RU

Azərbaycanın Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci 13 %-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 6,879 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 3,725 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 7,7 % azdır.

Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % azalaraq 1 milyard 489 milyon ABŞ dolları, fevralda isə 0,5 % artaraq 760 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox tekstil məhsulları idxalı İtaliya 129,893 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 0,5 % çox), İspaniya 93,505 milyon ABŞ dolları (+4,3 %) və ABŞ 89,892 milyon ABŞ dolları (+19,9 %) dəyərində həyata keçirib.

Избранный
29
38
ikisahil.az

10Источники