RU

TƏCİLİ! İsrail Xəzəri VURDU

Yaxın Şərqdə davam edən hərbi-siyasi qarşıdurma coğrafiyası genişlənməkdədir. Son məlumatlara görə, İsrail hərbi hava qüvvələri İranın Xəzər dənizi yaxınlığındakı strateji obyektlərini hədəf alıb. Bu hücum regiondakı onsuz da kövrək olan təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb.

NOCOMMENT.az xəbər verir ki, hücum nəticəsində İranın şimal bölgəsində yerləşən bir neçə mühüm hərbi obyekt, xüsusilə hava hücumundan müdafiə (HHM) sistemləri ciddi zərər görüb.

Mənbələrin bildirdiyinə görə, zərbələr əsasən radarların və raket buraxılış qurğularının sıradan çıxarılmasına hesablanıb. Hadisə yerindən gələn ilkin məlumatlar dağıntıların miqyasının böyük olduğunu göstərir.

Aygün

Избранный
23
1
nocomment.az

2Источники