RU

Alimlər: Şimpanzelərin ritm hissləri var...

...Yadımdadır, bir müddət bundan əvvəl şimpanzelərin musiqi qabiliyyətlərinin elm adamlarını heyrətə gətirdiyi barədə oxumuşdum.

Budur, nğvbəti nümunə: Kioto Universitetinin tədqiqat mərkəzindən olan erkək şimpanze, pəncələrində taxta çubuqlar tutaraq, müntəzəm olaraq hasarda nağara çalır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Knife” xəbər verir.

Yapon primatoloqlarının fikrincə, bu, sadəcə əyləncə üçün deyil, çox sərt strukturlu və vahid intervallarla improvizə edilmiş ritmik kompozisiyalardır.

Və ən əsası, bu istedadlı nağaraçını heç kim yetişdirməyib. Qeyd edilməlidir ki, ritm hissi quşlarda, suitilərdə və bəzi primatlarda da sübut edilmişdir, lakin şimpanzelər, digər meymunlardan fərqli olaraq, təlim keçmədən və ətrafdakı akustik mühiti təqlid etmədən özləri ritmik səslər çıxara bilərlər.

Kioto şimpanzesinin hekayəsi bu növün diqqətəlayiq musiqi qabiliyyətlərini təsdiqləyir.

Nazlı Almuradova

Избранный
49
1
sia.az

2Источники