RU

Bakı-Qazax yolundakı çuxurların ziyan vurduğu avtomobillərin aqibəti necə olacaq?VİDEO

Yolda çuxurlar yaranıb... Çuxura düşən avtomobillərə ziyan dəyib...

Xezerxeber.az xəbər verir ki, görüntülər Bakı-Qazax yolundandır. Zərərçəkən sürücülərdən birinin iddiasına görə, təxminən yüzə yaxın nəqliyyat vasitəsinə bu cür zərər dəyib.

Çəkiliş qrupu ilə əraziyə yaxınlaşdıqda artıq çuxurların bərpa olunduğunu gördük.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, güclü yağışlardan sonra qeyd olunan ərazidə çalalar əmələ gəlib. Mövcud vəziyyətin aradan qaldırılması üçün artıq əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb olunub. Yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
21
xezerxeber.az

1Источники