“İlk növbədə hamını təbrik edirəm. Hesab edirəm ki, bu qələbəni kiçiltmək lazım deyil. Futbolçularımız hər iki oyunda əzmkar mübarizə apardılar və layiqli qələbə qazandılar. Bu gün hesabda geri düşməyimizə baxmayaraq sona qədər xarakter nümayiş etdirdilər və qalib gəldilər. Bu, bizim üçün çox vacib nəticədir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev “FIFA Series – 2026” beynəlxalq turnirində qazanılan qələbədən sonra “CBC Sport” kanalına təəssüratlarını bölüşərkən deyib.
Baş katib rəqiblər və bu kubokun gələcək perspektivlərinə də aydınlıq gətirib:
“Bəlkə də rəqiblərin o qədər də tanınmadığını deyə bilərlər, lakin bu, yeni yolun başlanğıcıdır. Bu, bizim FİFA çərçivəsində qazandığımız ilk kubokdur. Davamlı olsun”