RU

Nə mal, nə qoyun: Ən sağlam ət növü budur

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Qırmızı ət həvəskarları üçün ən faydalı və az yağlı seçim müəyyənləşdirilib. Aparılan tədqiqatlar göstərir ki, keçi əti həm qida dəyəri, həm də asan həzm olunması ilə digər bütün ət növlərini geridə qoyur.Demokrat.az bildirir ki, xüsusilə ürək sağlamlığını qorumaq və çəki nəzarətində qalmaq istəyənlər üçün bu ət növü ideal variant sayılır.İngiltərəli qidalanma mütəxəssisi Metyu Smit bildirir ki, keçi əti lifli strukturu sayəsində mədəyə yük vermir. Onun sözlərinə görə bu ət növü protein baxımından zəngin olsa da, həzm sistemi tərəfindən çox rahat mənimsənilir. Tərkibindəki dəmir, sink və B12 vitamini isə immuniteti gücləndirməklə yanaşı enerji səviyyəsini də artırır.Keçi ətinin daha bir üstünlüyü allergik reaksiyalarla bağlıdır. Mal və ya qoyun ətinə qarşı həssaslığı olan insanlar keçi ətini qəti narahatlıq yaşamadan qəbul edə bilərlər. Lakin bir məqamı unutmaq olmaz. Yağ nisbəti aşağı olduğu üçün bu əti yüksək odda bişirmək onun sərtləşməsinə səbəb olur. Dadlı və yumşaq alınması üçün mütəxəssislər keçi ətini aşağı temperaturda, uzun müddət bişirməyi tövsiyə edirlər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
demokrat.az

1Источники