RU

Çində avtomobil tunelində partlayış: 4 ölü, 9 yaralı

BAKI, 31 mart. TELEQRAF

Çinin Çunçin şəhərində avtomobil tunelində baş verən partlayış nəticəsində dörd nəfər həlak olub, daha doqquz nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Hadisə Enşi-Guanüan sürətli yolunun bir hissəsində baş verib. İlkin məlumatlara görə, tunel daxilində asan alışan qaz partlayıb.

Axtarış-xilasetmə əməliyyatı başa çatdırılıb, hadisə yeri mühasirəyə alınıb və əlavə istintaq davam etdirilir.

Избранный
47
teleqraf.com

1Источники