RU

“Hizbullah” bir gündə 5 İsrail hərbçisini öldürdü...-İsrail mediası -FOTO

“"Nəşrinə icazə verilib: ""Naxal" briqadasının 934-cü taborunun kəşfiyyat bölməsindən 4 əsgər Livanın cənubundakı döyüşlər zamanı həlak olub."
 
Moderator.az xəbər verir ki, İsrail saytlarının yaydığı məlumatda belə deyilir.
 
Xəbərdə daha sonra həlak olanların adları sadalanır:
 
"Kəşfiyyat bölməsinin komandiri, Sderotdan olan 22 yaşlı kapitan Noam Madmoni.
 
Lehavimdən olan 21 yaşlı çavuş Ben Koen.
 
Bat Yamdan olan 21 yaşlı çavuş Maksim Entis.
 
Dördüncü əsgərin adı daha sonra dərc olunacaq."
 
Məlumatda digər bir əsgərin ağır yaralandığı bildirilir. "Digər iki əsgər (bir çağırışçı və bir ehtiyatda olan) orta dərəcəli yaralar alıb. Yaralılar xəstəxanaya aparılıb"- xəbərdə belə deyilir.
 
“İslamtimes” nəşri ivritdilli digər media vasitələrinə istinadla  30 mart gecə saatlarında yazıb ki, bir neçə saat əvvəl onlarla İsrail hərbçisi Cənubi Livanda böyük pusquya düşüb, təxliyə əməliyyatı davam edir, lakin hərbi senzura heç bir məlumatın yayılmasına icazə vermir.
Bəzi media qurumları bu pusqu nəticəsində azı 4 yəhudi hərbçinin öldüyünü bildirir.”
 
Xatırladaq ki, dünən – martın 30-da İsrail mediasının “SAXAL”-a istinadla yaydığı xəbərlərdə Livanın cənubunda 19 yaşlı digər bir israilli çavuşun da öldürüldüyü bildirilirdi.
 
Beləliklə, gün ərzində həlak olan İsrail hərbçilərinin sayı 5-ə çatıb.
 
S.Laçın
 
Избранный
49
1
moderator.az

2Источники