RU

Tramp Hörmüzü Avropa və region ölkələrinə yükləmək istəyir - WSJ

ABŞ prezidenti Donald Tramp müşavirlərinə Hörmüz boğazının əsasən gəmiçilik üçün bağlı qalmasına baxmayaraq, İrana qarşı hərbi əməliyyata son qoymaq istədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu iddia ilə The Wall Street Journal mənbələrə istinadən çıxış edib.

Qəzetin məlumatına görə, ABŞ rəsmiləri Hörmüz boğazından naviqasiyanın bərpasının İrana qarşı altı həftəlik əməliyyatı təxirə salacağı qənaətinə gəliblər.

Nəşr qeyd edir ki, Amerika prezidenti Vaşinqtonun əsas məqsədlərinə, xüsusən də İran donanmasını sarsıtmaq və raket ehtiyatlarını məhv etmək kimi məqsədlərinə çatmalı, daha sonra hərbi əməliyyatları məhdudlaşdırmalı və diplomatik yollarla gəmiçiliyi bərpa etmək üçün Tehrana təzyiq göstərməli olduğuna qərar verib.

Diplomatiya uğursuz olarsa, ABŞ Avropaya və Fars körfəzi dövlətlərinə boğazın yenidən açılması səylərinə rəhbərlik etmək üçün təzyiq göstərəcək.

Musavat.com

Избранный
57
50
musavat.com

10Источники