RU

Pentaqon Heqsetin hərbi sənayeyə investisiya cəhdi barədə məlumatları təkzib etdi

Pentaqon Heqsetin hərbi sənayeyə investisiya cəhdi barədə məlumatları təkzib etdi

Pentaqon "Financial Times" (FT) qəzetinin ABŞ müdafiə naziri Pit Heqsetin şəxsi brokerinin İrana qarşı hərbi əməliyyatdan qısa müddət öncə müdafiə sahəsinə irimiqyaslı investisiyalar yatırmaq cəhdi barədə yazdıqlarını böhtan adlandırıb.

AFN.az xəbər verir ki, ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Farnell bu iddiaların tamamilə uydurma olduğunu bildirərək, nə nazirin, nə də onun nümayəndələrinin bu məqsədlə "BlackRock" şirkəti ilə əlaqə saxlamadığını vurğulayıb.

Xatırladaq ki, FT öz mənbələrinə istinadən Heqsetin "Morgan Stanley" bankındakı brokerinin fevral ayında hərbi-sənaye kompleksinin iri müəssisələrinə, o cümlədən "Lockheed Martin", "RTX" və "Northrop Grumman" kimi Pentaqon podratçılarının daxil olduğu "Defense Industrials Active ETF" fonduna çoxmilyonluq sərmayə yatırmaq imkanlarını araşdırdığını iddia etmişdi. Qəzetin məlumatına görə, sözügedən fond həmin vaxt "Morgan Stanley" müştəriləri üçün əlçatan olmadığı üçün investisiya reallaşmayıb. Lakin brokerin alternativ variant tapıb-tapmadığı məlum deyil.

Избранный
35
afn.az

1Источники