RU

İqtisadiyyat Nazirliyinin binasında “Yer saatı” beynəlxalq kampaniyasına dəstək olaraq işıqlar söndürüləcək

İqtisadiyyat Nazirliyi IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə təşəbbüsü ilə martın 28-də beynəlxalq “Yer saatı” kampaniyasına qoşulacaq.

Kampaniya çərçivəsində Nazirliyin inzibati binasında fasad işıqları yerli vaxtla saat 20:30-dan 21:30-dək söndürüləcək.

“Yer saatı” hər il dünyanın müxtəlif ölkələrində milyonlarla insan və minlərlə təşkilat tərəfindən dəstəklənən qlobal ekoloji aksiyadır. Kampaniya çərçivəsində bir saatlıq işıqların söndürülməsi vasitəsilə planetimizin qorunmasına çağırış edilir.

Избранный
6
2
vergiler.az

3Источники