RU

Dəhşətli qəza - Ölənlər arasında 3 yaşlı uşaq da var

İsmayıllı rayonunda ağır yol qəzası qəzası baş verib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb.

Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı uşaq ölüb.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.

Qəzaya düşənlərin bir ailənin üzvləri olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)


Telegram kanalımız
Избранный
4
7
yenisabah.az

10Источники