RU

1987-dən bu günə dəyişməyən mövqe: Tramp köhnə fikrini yenidən gündəmə gətirdi

Donald Tramp 1987-ci ildə verdiyi müsahibədən görüntüləri yenidən gündəmə gətirib.

Turkustan.az xəbər verir ki, həmin, 39 il əvvəlki çıxışında o, ABŞ-ın İrana qarşı daha sərt addımlar atmalı olduğunu bildirərək, “gedib əsas neft obyektlərindən birini ələ keçirməli” olduqlarını iddia edib.

ABŞ və İsrailin 28 fevral səhəri İrana qarşı başlatdığı hücumların bir aydan çoxdur davam etdiyi bildirilir. Müharibənin ilk günlərində əməliyyatın 4–5 həftə çəkə biləcəyini deyən Tramp sonrakı müddətdə bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalar verib.

Son günlərdə ABŞ-ın İrandakı əməliyyatları dayandıracağı, eyni zamanda quru əməliyyatına hazırlaşdığı ilə bağlı iddialar gündəmdə qalır və vəziyyət qeyri-müəyyən olaraq qiymətləndirilir. ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma fonunda tərəflərdən fərqli və ziddiyyətli açıqlamalar səslənsə də, Trampın son bəyanatı diqqət çəkib.

O bildirib: “Düzünü desəm, ən çox istədiyim şey İran neftini almaqdır. Amma ABŞ-da bəzi insanlar buna qarşı çıxır. Məncə, onlar yanılırlar.”

Aytən Yaşar/ Turkustan.az

Избранный
28
1
turkustan.az

2Источники