RU

Paşinyan bunu desə, ermənilər ona səs verməyəcək Politoloq

ain.az, Adelet.az portalına istinadən məlumat verir.

“Nikol Paşinyanın ətrafında olan ermənilər Robert Köşçəryan və Serj Sarkisyanın ətrafında olan ermənilərdən fərqlidir. Paşinyanın ətrafında əsasən yerli ermənilərdir. Onlar daha müasir, intellektual və Azərbaycanla sülhü istəyənlər, Köçəryanın ətrafında olanlar Qarabağdan gedən ermənilər daha aqressiv, revanşist fikirlərə hakim olan 90-ci illərdə qalanlardı”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, Köçaryan seçki kampaniyasına "Artsaxın birinci prezidenti" və Ermənistanın ikinci prezidenti təbliğatı ilə başlayıb:

“Bu da onu göstərir ki, Köçəryanın Qarabağ məsələsini gündəmə gətirmək onun əsas planıdır. Ötən həftə Paşinyan qeyd etdi ki, Köçəryan Qarabağdandı və onun Ermənistana heç bir aidiyyatı yoxdur. Həmçinin onun Qarabağdan olduğu üçün legitim olmadığını vurğuladı. Pasinyan birinci və ikinci Qarabağ müharibəsində iştirak edənlərin orden və medallardan, dövlət imtiyazlarından ləğvində maraqlıdır. Çünki, bu müharibənin Ermənistanın müstəqilliyinin üstündən xətt çəkdiyini və işğalçı müharibə olduğunu dəfələrlə erməni xalqına bildirib”.

Onun fikirncə, iyunun 7-də keçiriləcək seçkilərdə N. Pasinyan R. Koçaryanı böyük fərqlə məğlub edəcək: 

“Çünki, Köçəryan yenidən Qarabağ məsələsini ortaya atır, sülh mətnini yenə təftiş edəcəklərini vurğulayır. Onun erməni xalqına alternativ nəsə təqdim edəcəyi də yoxdur. Köçəryan hesab edir ki, Qarabağ məsələsini və ölkəsinin təhlükəsizlik qarantisini gündəmə gətirməklə, erməni əhalisinin səsini alacaq. Hazırda erməni əhalisini Qarabağ qəti maraqlandırmır. Onları sülh və rifah istəyir. Sabah Paşinyan çıxıb desə ki, "Qarabağ məsələsini gündəmə gətirəcəm" seçkilərdə erməni əhalisi ona səs verməyəcək. Artıq Ermənistanda ölkənin gələcəyini erməni əhalisi müəyyən edir. Paşinyan xalqa sülhün və rifahın formulunu təqdim edib. Bu, Azərbaycanla sülh və Qarabağ hərəkatından imtinadır”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
adalet.az

2Источники