RU

Göz gözü görmür, yolu itirmişəm... Günün şeiri

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün tanınmış Meksika şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Oktavio Pasın doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Küçə" şeirini Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.

Bir səs belə yoxdu sonu görünməyən küçədə.

Ayaqlarım dolaşır, gözüm yolu seçmir, yıxılıram,

qalxıram, kor-koranə addımlayıram,

quru yarpaqları, lal daşları tapdayıram,

arxadakı adam da onları tapdayır:

dayanıram- dayanır, gedirəm- o gedir.

Baxıram, kimsə gözə dəymir.

Göz- gözü görmür, yolu itirmişəm.

Heç kim yoxdur,

- elə hey dolanıram.

Dalanlar məni yenidən

birisinin arxasına düşdüyüm küçəyə çıxardır,

onun da gözü yolu seçmir, yıxılır,

qalxaraq mənə zillənir, pıçıldayır:

“Heç kim yoxdur…”

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“Ayı” adlı tamaşanın premyerası keçirildi

Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
kulis.az

2Источники