RU

Türkiyədə Bursa şəhərinin meri və ailə üzvləri saxlanılıb

Türkiyədə Bursa Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində, Bursa Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Bursa Böyükşəhər Bələdiyyəsində əməliyyat keçrilib. Əməliyyatın gedişində Böyükşəhər bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Ümumilikdə 59 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 55-nin saxlanıldığı, 4 nəfər barəsində isə axtarış elan olunduğu bildirilib.

Saxlanılanlar arasında Bozbeyin həyat yoldaşı, qızı və gəlininin də olduğu bildirilir.

"4 şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Respublika Baş Prokurorluğumuz tərəfindən istintaqın hərtərəfli və diqqətlə aparıldığı, istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi hörmətlə bildirilir",- deyə Bursa Respublika Baş Prokurorluğundan verilən açıqlamada qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
1
olaylar.az

2Источники