Ruanda milli komandası “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub.
İdmanxeber.az-ın məlumatına görə, Leroy Mikelsin çıxış etdiyi komanda Estoniyanı 2:0 hesabı ilə məğlub edib.
Mikels görüşdə bir qol vurub və həm də matçın oyunçusu seçilib. Ruanda bu görüşdən əvvəl isə Qrenada 4:0 qalib gəlmişdi.
Qeyd edək ki, “Sabah”ın futbolçusu Coy-Lens Mikels (“Sabah”) və “Karvan-Yevlax”da forma geyinən Coy-Slayd Mikels də oyunun iştirakçısı olub.
Coy-Lens start heyətdə, Coy Slayd isə sonradan meydana çıxıb.