RU

Qazaxıstanda “Starlink” qatarların hərəkətini tənzimləyəcək

Astana, 31 mart, AZƏRTAC

“Starlink” peyk sistemi Qazaxıstanda qatarların stansiyalar arasında hərəkətinin tənzimlənməsi üçün istifadə olunacaq.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında “Qazaxıstan Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr müavini Marat Şakenov bildirib.

Onun sözlərinə görə, qatarların hərəkətinin tənzimlənməsi üzrə “AIMAK RAIL” rəqəmsal sistemi “Karaqaylı-Kokpektı” dəmir yolunun kiçik hissəsində tətbiq olunur.

Ötən ilin dekabr ayında 247 kilometr uzunluğunda “Starlink” peyk sisteminin yerləşdirilməsi üzrə işlərə başlanılıb. Bu, birinci mərhələdə ötürmə qabiliyyətini gündə dörd cüt qatara, ikinci mərhələdə isə yeddi cüt qatara çatdıracaq. Birinci mərhələdə yükdaşımalarının həcmi ildə 3 milyon ton, ikinci mərhələdə isə 5 milyon tondan çox olacaq. Qatarların sınaq səfəri bu ilin aprel ayına planlaşdırılır.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Избранный
15
1
azertag.az

2Источники