Birinci Qarabağ müharibəsində şücaətlər göstərmiş “Ağcabədi batalyonu”nun komandiri Tofiq Cəfərov vəfat edib.
Sitat.info xəbər verir ki, müharibə veteranı xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, “Ağcabədi batalyonu” 1992-ci ildə uğurlu hərbi kampaniyada fəal iştirak edib. Özünümüdafiə dəstəsi olaraq formalaşmış birlik daha sonra hərbi hissə kimi fəaliyyətini davam etdirib. (Qafqazinfo)
Allah rəhmət eləsin!