RU

“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov

style='margin-bottom:10px;'>

“Oyun çox ağır keçdi. Yaxşı komandaya qarşı oynadıq. Uğursuz qol buraxdıq. Məncə, orda foul var idi. VAR-ın olmaması təsirini göstərdi. Axıra qədər döyüşdük, hesabı bərabərləşdirdik və penaltilərdə qalib gəldik”. 

QOL.az xəbər verir ki, bu sözləri milli komandamızın qapıçısı Aydın Bayramov “FİFA Series” turniri çərçivəsində Syerre Leoneyə qarşı keçirilən oyundan sonra deyib. 

O, penaltilərə əvvəldən hazırlaşdıqlarını bildirib: “Həm özümüz hazırlaşmışdıq, həm də rəqib futbolçuları analiz etmişdik. Kim zərbəni hara vurur, necə vurur”. 

30 yaşlı qolkiper matçın sonunda iki komandanın futbolçuları arasında yaşanan insidentdən də söz açıb: “Mənlik bir şey yox idi. Əksinə, mən mübahisə edən futbolçuları aralamağa gedirdim. Həmin vaxt rəqib futbolçulardan biri pis söz işlətdi. Mən də soruşdum ki, niyə söyüş söyürsən? Qeyri-adi bir şey yox idi”. 

Bayramov “FİFA Series” turnirinin qalibi olmağın verdiyi hissələri sözlə ifadə etməkdə çətinlik çəkib: “Qələbə qazanmaq həmişə gözəldir. Milli ilə qalib gəlib kubok qazanmaq isə demək olar ki, pikdir. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”. 

Millimizin qapıçısı penaltilər seriyasındakı uğurlu çıxışından sonra yenidən yığmaya dəvət almaq perspektivini belə dəyərləndirib: “Mən hər zaman milliyə kömək etməyə hazıram. Təbii ki, zədə, yaxud hər hansı başqa bir problem yoxdursa. Performansdan da çox şey asılıdır. Amma yekun qərarı əlbəttə ki, məşqçilər heyəti verir”. 

O, millimizin Millətlər Liqasında da uğurlu çıxış edəcəyinə inandığını söyləyib: “D Liqasını bizim milliyə yaraşdırmıram. Ona görə də qarşıdakı mərhələdə yaxşı çıxış edib C Liqasına qayıtmalıyıq”.

Избранный
12
3
teleqraf.com

4Источники