RU

“Rəqibin bu qədər yaxşı olmasını gözləmirdik” – Evin Cəfərquliyev 

“Matç bizim üçün çətin alındı. Bir qədər həyəcan da var idi. Üstəlik, rəqibin güclü olduğunu da deməliyəm. Oyunun gedişi də bunu göstərdi. Syerra Leone yığması xüsusən fiziki cəhətdən güclü idi. Bütün bunlara baxmayaraq, yekunda qalib gəldik və buna görə çox sevinirik. Komandamızı təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev FİFA Series” turniri çərçivəsində Syerre Leoneyə qarşı keçirilən oyundan sonra deyib. O, daha sonra belə davam edib:

“Rəqib güclü komanda idi. Açığı, bu qədər yaxşı kollektiv olduqlarını gözləmirdik. Bu da bizi müəyyən qədər təəccübləndirdi. İlk hissədə Syerra Leone yığması üstün oyun sərgilədi, hesabı açdı. Lakin fasilədən sonra oyunu dəyişə bildik. Qələbə bizim üçün çox vacib idi. Düşünürəm ki, bu qələbələr bizə qarşıdakı matçlara daha yaxşı hazırlaşmağa kömək edəcək”.

Избранный
6
1
idmanxeber.az

2Источники