RU

Saray qəsəbəsində sürücülər üçün təhlükəli vəziyyət: Gecə saatlarında qəza riski xeyli artır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı şəhərindən Saray qəsəbəsi istiqamətində, həmçinin qəsəbənin daxili yolların işıqlandırılması ilə bağlı problemdən sürücülər şikayət edirlər. Onların sözlərinə görə, ərazidə işıq dirəkləri quraşdırılsa da, axşam saatlarından etibarən işıqlar yanmır. Bu isə, xüsusilə gecə saatlarında və əlverişsiz hava şəraitində qəza riskini xeyli artırır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər hava şəraitinin kəskin yağışlı keçməsi ilə əlaqədar gecə işıqlandırma xətlərində texniki nasazlıqlar baş verib:

Saray qəsəbəsində sürücülər üçün təhlükəli vəziyyət: "Gecə saatlarında qəza riski xeyli artır"

"Bununla əlaqədar olaraq yaxın günlərdə cari təmir işləri aparılacaq və qısa zaman kəsiyində yaranan problem aradan qaldırılacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
oxu.az

1Источники