RU

"ABŞ-nin səhvləri üzündən..." - SEPAH Hörmüz boğazından DANIŞDI

Hörmüz boğazının bağlanması ilə bağlı dünya miqyasında yaranan iqtisadi problemlərdə ABŞ-nin günahkar olduğu bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini general Əli Fədəvi İranın dövlət televiziyasında açıqlama verib.

O deyib: "ABŞ səhv hesablayıb və üç-beş gün ərzində əldə edilməli olan məqsədlər qoyub, lakin heç birinə nail ola bilməyib. Bu uğursuzluq bir çox Qərb analitikləri tərəfindən təsdiqlənib. İranı məhv edə biləcəklərinə inanan amerikalılar indi çox primitiv məqsədlər güdürlər".

Fədəvi əlavə edib ki, Hörmüz boğazı açıq idi, lakin ABŞ-nin səhvləri üzündən dünyanın hər yerində insanlar qlobal iqtisadiyyatda əsas rol oynayan bu keçidə çıxışı itiriblər.

Aminə ŞAHSUVARQIZI

Избранный
11
1
redaktor.az

2Источники