RU

Mərkəzi Bank hansı addımı atacaq? -

Azərbaycan Mərkəzi Bankı pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması cədvəlinə əsasən, növbəti faiz qərarını 2 aprel 2026-cı il tarixində keçiriləcək iclasdan sonra elan edəcək. Mövcud qlobal proseslər fonunda bazarda əsas müzakirə mövzusu tənzimləyicinin hansı qərarı verəcəyi ilə bağlıdır.Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Elman Sadıqov Kredit.az-a bildirib ki, hazırkı şəraitdə qlobal amillər mühüm rol oynayır: “Birincisi, bütün İran ətrafında baş verən hadisələr, xüsusilə Hörmüz boğazı ətrafında baş verən proseslər neftin və qazın qiymətinin artmasına səbəb oldu. Təkcə neft və qaz deyil, həm də neft məhsulları, o cümlədən dizel, yanacaq və gübrələrin bahalaşması qlobal inflyasiya təzyiqlərini artırır və bu il dünya iqtisadiyyatında inflyasiya risklərinin yüksəlməsi gözlənilir”.İqtisadçının sözlərinə görə, bu şərait mərkəzi bankların davranışına da birbaşa təsir edir:“Dünyanın mərkəzi bankları artıq faiz endirimləri məsələsində daha ehtiyatlı və gözləmə mövqeyinə keçiblər. Faiz endirimləri ilə bağlı qərarlar tədricən azalır. Mən hesab etmirəm ki, Azərbaycan Mərkəzi Bankı bu mərhələdə faiz endiriminə gedəcək. Çünki faiz endirimləri kredit bazarında, xüsusilə biznes kreditlərinin faiz dərəcələrində tam şəkildə öz əksini tapmır. Yəni monetar transmissiya mexanizmi gözlənilən səviyyədə işləmir. Başqa sözlə desək, faiz endirimləri olsa belə, bu, xüsusilə biznes kreditlərinin faiz dərəcələrinə tam ötürülmür. Bunun səbəbi təkcə bank sektoru deyil, həm də iqtisadi amillərlə bağlıdır. Burada tələb faktoru və digər struktur məsələlər mühüm rol oynayır”.Onun fikrincə, mövcud vəziyyətdə ən real ssenari faizlərin sabit saxlanılmasıdır:

“Bu baxımdan, faizlərin aşağı salınması inflyasiya təzyiqlərini artırmaq riski yarada bilər, eyni zamanda faiz artımı üçün də ciddi əsas yoxdur. Eyni zamanda, əvvəlki faiz endirimlərini nəzərə alsaq, bu mərhələdə faiz artımı da o qədər rasional addım hesab olunmur və bunun üçün ciddi əsaslar müşahidə edilmir. Nəticə etibarilə, ən optimal qərar kimi Mərkəzi Bankın faizləri dəyişmədən saxlayacağı ehtimal olunur".

Избранный
9
19
metbuat.az

10Источники