RU

Bəhruz Quliyev: “31 Mart hadisələri xalqımızın varlığına qarşı yönəlmiş soyqırımı siyasətidir” ÖZƏL

"31 Mart -  günü xalqımızın yaddaşına həkk olunmuş ən faciəli tarixlərdən biridir. 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar erməni silahlı dəstələri və onlara himayə edən qruplar tərəfindən həyata keçirilmiş və bu, tarixi faktlarla sübuta yetirilmiş həqiqətdir. Bu hadisələr təkcə bir dövrün faciəsi deyil, bütövlükdə bir xalqın varlığına qarşı yönəlmiş soyqırımı siyasətinin bariz nümunəsidir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, minlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsi, şəhər və kəndlərin dağıdılması, mədəni və tarixi abidələrin məhv edilməsi həmin dövrdə həyata keçirilən məqsədyönlü etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu həqiqətləri gizlətmək və ya təhrif etmək cəhdləri nə qədər çox olsa da, tarixi sənədlər və faktlar bu cinayətlərin mahiyyətini açıq şəkildə ortaya qoyur.

Ekspert əlavə edib ki, bu gün biz həmin hadisələri yalnız anmaqla kifayətlənməməliyik. Əsas vəzifəmiz bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması, tarixi ədalətin bərpası və gələcək nəsillərə bu həqiqətlərin düzgün çatdırılmasıdır. Xüsusilə qeyd olunmalıdır ki, bu hadisələrin törədicilərinin kimliyi ilə bağlı həqiqətlərin açıq şəkildə ifadə olunması tarixi ədalətin vacib şərtidir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət həyata keçirir, arxiv materialları və elmi tədqiqatlar əsasında dünya ictimaiyyətini məlumatlandırır. Lakin bu prosesdə media nümayəndələrinin, tədqiqatçıların və ictimaiyyətin rolu da əvəzsizdir.

"Hesab edirəm ki tariximizi unutmaq gələcəyimizi riskə atmaq deməkdir. 31 Mart faciəsi bizə yalnız kədər deyil, həm də milli həmrəyliyin, ayıq-sayıqlığın və tarixi yaddaşın qorunmasının vacibliyini xatırladır. Şəhidlərimizin xatirəsini ehtiramla yad edir, bir daha bəyan edirik ki, bu kimi cinayətlər heç vaxt unudulmayacaq və tarixi ədalət gec-tez öz yerini tapacaqdır, " - deyə siyasi şərhçi əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники