Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.
Redaktor.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Səfər çərçivəsində Baş nazir Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Kreml də aprelin 1-də Vladimir Putinin Moskvada işgüzar səfərdə olacaq Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışıqlar aparacağına dair məlumat yayıb, görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb.
Məlumata görə, Putinin Paşinyanla görüşündə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında əməkdaşlıq, habelə regional gündəmin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı müzakirə olunacaq.