RU

Tramp hədələdi: “ABŞ onlara əvvəlki kimi yardım etməyəcək”

“Hörmüz boğazının bağlanması səbəbindən reaktiv yanacaq əldə etməkdə çətinlik çəkən ölkələr bu yanacağı ABŞ-dan ala bilərlər”.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Birləşmiş Ştatlarda kifayət qədər yanacaq ehtiyatı mövcuddur.

D.Tramp eyni zamanda həmin ölkələrə daha cəsarətli olmağı tövsiyə edərək, Hörmüz boğazına gedib öz maraqlarını müdafiə etməli olduqlarını vurğulayıb. Tramp əlavə edib ki, ölkələr özlərini müdafiə etməyi öyrənməlidirlər, çünki ABŞ artıq əvvəlki kimi onlara yardım etməyəcək.

Prezident çıxışında bildirib ki, bu yanaşma digər ölkələrin vaxtilə ABŞ-a lazımi dəstəyi verməməsi ilə bağlıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
17
1
yenisabah.az

2Источники