RU

Britaniya ilə ticarət dövriyyəsi kəskin azaldı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 39 milyon 282 min ABŞ dolları təşkil edib.

"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,7 % azdır.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 99,1 % azalaraq 654 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 72,6 % azalaraq 38 milyon 627 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,1 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.

"Cebheinfo.az"

Избранный
2
2
cebheinfo.az

3Источники