RU

“Azercell" də baş icraçı direktor vəzifəsi yaradılıb

“Azercell Telekom” MMC-də “Prezident” vəzifə adı “Baş İcraçı Direktor” (CEO) ilə əvəz edilib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

Bildirilib ki, Cəmiyyətin nizamnaməsinə edilmiş dəyişiklik 3 iyul 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb və nəticədə şirkətdə “Prezident” vəzifə adı “Baş İcraçı Direktor” (CEO) ilə əvəz olunub.

Şirkətin gündəlik fəaliyyəti və işlərin idarəedilməsi, onu təmsil etmək səlahiyyətinə malik qanuni təmsilçi qismində çıxış edən və təkbaşına icra orqanı olan Baş İcraçı Direktor tərəfindən həyata keçirilir.

"Bununla bağlı əlavə struktur dəyişikliyi baş verməyib",- deyə məlumat qeyd edilib.

Избранный
19
7
apa.az

8Источники