RU

Ceyhun Bayramov Maksim Prevo ilə Yaxın Şərqdəki hərbi eskalasiyaları və sülh perspektivlərini müzakirə edib

Bakı. Trend:

31 mart tarixində Belçika Krallığının Baş nazirinin müavini,xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziriMaksim Prevo Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramova zəng vurub.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Yaxın Şərqdə cari təhlükəsizlikvəziyyəti, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlər,habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivlərimüzakirə olunub.

Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərinnarahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllininvacibliyini vurğulayıblar. Belçika naziri bununla yanaşı, İranərazisindən Naxçıvan istiqamətinə dron hücumu ilə əlaqədarölkəmizlə həmrəyliyini ifadə edib. Eyni zamanda, Belçikavətəndaşlarının İrandan təxliyəsinin təmin olunmasına yaradılmışşəraitə görə ölkəmizə təşəkkür bildirilib.

Nazirlər o cümlədən, Azərbaycan və Ermənistan arasındanormallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. NazirCeyhun Bayramov qarşı tərəfi bölgədə davamlı sülh və sabitliyintəmin edilməsi istiqamətində görülən tədbirlər barədəməlumatlandırıb.

Tərəflər Azərbaycanla Belçika arasında qarşılıqlı maraq doğuranməsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçünkonstruktiv dialoqun və siyasi məsləhətləşmələr kimi mövcudmexanizmlərin, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmaslarınəhəmiyyətini vurğulayıblar.

Məqalədə:
Избранный
59
33
az.trend.az

10Источники