RU

İlk iş günü Nizamidə yaranan tıxacın GÖRÜNTÜSÜ YAYILDI

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən 31-nə qədər olan qeyri-iş günləri başa çatıb. İş yerləri və təhsil müəssisələrinin yenidən fəaliyyətə başlaması paytaxtın əksər küçə və prospektlərində tıxac yaradıb. Bakının Nizami rayonunda da bu gün səhər saatlarında yaranan vəziyyətin görüntüləri yayılıb.

Bu barədə ərazidə yaşayan vətəndaşlardan biri Avtosfer.az-a video göndərərək şikayət edib. O qeyd edib ki, səhər saatlarında mərkəz istiqamətində taksi sifariş verib və Rüstəm Rüstəmov küçəsindən başlayan tıxac səbəbilə taksidən düşməli olub.

“Neftçilər” metrosuna yaxınlaşanda isə “Dakar” dairəsində yaranan tıxac onu təəccübləndirib. Belə ki, üzü “Qara Qarayev” metrosu, dolayı yolla da Heydər Əliyev və Ziya Bünyadov prospektləri istiqamətində yaranan tıxac ictimai nəqliyyatın da hərəkətində problemlərə səbəb olub. Uzun çəkən yaz tətili, qeyri-iş günlərindən sonra bu gün yenidən paytaxtdakı əksər müəssisələr fəaliyyətə yenidən başlayıb. Bu da hər iki istiqamətdə uzunmüddətli tıxaca gətirib çıxarıb.

Vətəndaş videoda qeyd edib ki, dairədən üzü Mikayəl Əliyev küçəsinə doğru olan hissədə heç bir sıxlıq yoxdur və bu istiqamətdə avtomobillərin hərəkəti davam edir.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
avtosfer.az

1Источники