Bakı, 31 mart, AZƏRTAC
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi ağır cinayətlərdən biri də Kəlbəcərin işğalı zamanı baş verən və “Tunel qırğını” adlanan dəhşətli hadisə oldu. 1993-cü il martın 31-də tunelin qarşısında pusqu quran Ermənistan hərbçiləri oradan keçməyə çalışan dinc insanları qətlə yetirdilər. Sağ qalanları girov götürərək onları amansız işgəncələrə məruz qoydular. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.