RU

Azərbaycanın UNESCO ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ilə UNESCO-nun yeni təyin olunmuş Baş direktorunun müavini Asa Reqner ilə görüşüb.

Missiya.Az "APA"ya istinadən xəbər verir, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi "X"də paylaşım edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub:

"Müzakirələr Azərbaycanın UNESCO-dakı fəal rolu, gender bərabərliyi, təhsil, UNESCO 80 təşəbbüsü və gələcək əməkdaşlıq perspektivləri üzərində cəmləşib", - deyə paylaşımda qeyd olunub.

Избранный
27
6
missiya.az

9Источники