RU

"Tramp siyasəti Respublikaçıların şansını azaldır" – Elçin Xalidbəyli

"Təbii ki, Donald Trampdan sonra prezident seçkilərində iştirak baxımından Respublikaçılar Partiyası daxilində kəskin rəqabətin yaranacağı istisna deyil. Bu rəqabətdə Vens və Rubio arasında qarşıdurma və intensiv siyasi mübarizə ehtimalı yüksək qiymətləndirilir. Lakin Respublikaçıların vahid namizədi olmaq uğrunda mübarizədən qalib çıxmaq, növbəti prezident seçkilərində qələbə qazanmaq ehtimalını ciddi şəkildə artırmır. Çünki Tramp administrasiyasının həyata keçirdiyi siyasət Respublikaçıların növbəti prezident seçkilərində məğlub olma ehtimalını daha inandırıcı göstərir. Həm daxili, həm də xarici siyasətdə atılan addımlar ABŞ cəmiyyətində ciddi etirazlarla qarşılanıb. Xüsusilə sosial xarakterli qərarlar geniş narazılıq və müqavimət doğurub".

Bu fikirləri Aznews.az- açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Mühafizəkarlar Siyasi Fəaliyyət Konfransında (CPAC) keçirilən ənənəvi sorğunun nəticələrinə əsasən, hazırkı vitse-prezident Vens növbəti prezident seçkiləri üçün əsas namizəd kimi ön plana çıxıb. O, səslərin 53 faizini qazanaraq “Trampın siyasi kursunun varisi” mövqeyini gücləndirib. Bununla belə, əsas diqqət çəkən məqam Dövlət katibi Marko Rubionun sürətli yüksəlişi olub. O, 35 faiz səs toplayaraq ikinci yeri tutub, halbuki ötən il onun dəstəyi təxminən 3 faiz səviyyəsində idi.

Siyasi şərhçi bildirib ki, xarici siyasətdə yol verilən səhvlər ümumilikdə administrasiyanın reytinqinə mənfi təsir göstərib.

Избранный
40
aznews.az

1Источники