RU

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün sonuncu, 20-ci turunun oyunları baş tutub.

AZƏRTAC xəbər verir ki, "A" və "B" qruplarında keçirilmiş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

"Şəki" - "Gəncə" (73:84)

"Neftçi" - NTD (93:83)

"Sabah" - "Abşeron Lions" (105:72)

B qrupu

"Quba" - "Naxçıvan" (96:103)

"Sərhədçi" - "Sumqayıt" (93:89)

"Ordu" - "Lənkəran" (107:65)

Qeyd edək ki, reqlamentə əsasən müntəzəm çempionatı "A" qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və "B" qrupunun birincisi "Ordu" klubu birbaşa olaraq play-off'a (1/4 final) vəsiqəni təmin ediblər. 1/8 final mərhələsində isə "Naxçıvan" - "Sərhədçi", "Gəncə" - "Lənkəran", "Quba" - "Şəki", "Sumqayıt" - NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.

Избранный
15
1
azertag.az

2Источники