RU

“Trampdan İranla bağlı gözlənilməz BƏYANAT: “Hələ vaxtı deyil, amma…”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların hələlik dayandırılmasının vaxtı olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb.

Tramp qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar davam etməlidir. Bununla yanaşı, o, digər ölkələrin prosesə qoşulmamasından narazılığını ifadə edib: “Mən məyusam ki, digər dövlətlər bu müharibəyə qoşulmaq üçün hərbi qüvvə göndərmədilər. Amma ABŞ-ın bu mübarizədən geri çəkilməyə hələ hazır deyiləm”.

ABŞ prezidenti əlavə edib ki, gələcəkdə qoşunların çıxarılması mümkündür, lakin bunun üçün uyğun vaxt yetişməlidir: “Nə vaxtsa buna gedəcəyəm, amma indi yox”.

Bundan əvvəl The Wall Street Journal nəşri yazıb ki, Tramp administrasiyadakı köməkçilərinə hərbi kampaniyanın dayandırılmasına hazır olduğunu bildirib. Məlumata görə, bu qərar hətta Hörmüz boğazı tam açıq qalmasa belə nəzərdən keçirilə bilər.

Qeyd olunur ki, Vaşinqtonun əsas məqsədi İranın hərbi-dəniz qüvvələrinin və raket potensialının məhdudlaşdırılmasıdır. ABŞ bu hədəflərə çatdıqdan sonra hərbi əməliyyatları azaltmaq və paralel şəkildə Tehrana diplomatik təzyiqləri artırmaq niyyətindədir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
77
50
konkret.az

10Источники