RU

“Mikelslərin ən yaxşısı Leroydu” - ruandalı jurnalist yığmalarını bizdən üstün sayır

Builki “FİFA Series” turnirlərində Misli premyer-liqasını təmsil edən çoxlu futbolçu oynadı. Söhbət təkcə Azərbaycan yığmasının formasını geyənlərdən getmir.

Burdan Ruanda yığmasına birdən-birə 4 futbolçu getmişdi. “Zirə”dən iki futbolçu - Ange Mutsinzi və Leroy Mikels, Leroyun iki qardaşı - “Sabah”dan Coy-Lens və onun “Karvan-Yevlax”dan olan əkizi Coy-Sleyd.

Ruandalı həmkarım, “Star Foot TV”nin aparıcısı Patrik Kuizera ilə bununla bağlı söhbətləşdik.

- Milliyə dəvət alana qədər Mikels qardaşlarını tanıyırdın?
- Coy-Lensi hə. O daha əvvəl də dəvət alırdı. Dünya çempionatının seçmə mərhələ oyunlarında da çağrılmışdı. Amma özünü göstərə bilməmişdi. Sentyabrda da zədəli olduğuna görə gələ bilməmişdi.

- Əvvəldən Ruandada məhşur idilər?
- Bəli. Amma son vaxtlarda daha çox. Çünki biz futbolçuları milli komandaya gələndə görürük. Qrenada və Estoniya ilə oyunlardan sonra bütün Ruanda onları təbrik etdi. Leroy hər iki oyunda qol vurdu, turnirin ən yaxşısı seçildi.

- Səncə, Mikelslərdən ən yaxşısı hansıdı?
- Turnirdən əvvəl də ətrafıma Leroy haqda danışırdım. Qardaşların ən yaxşısı odu. Amma zədəyəmeyilli olması performasını göstərməkdə problem yaradır. O, Azərbaycanda da da daim oynamır. Leroy Ruanda millisinin ən yaxşılarındandı.

- Azərbaycan premyer-liqasını izləmirsən?
- Onların oyunlarına necə baxacağımı bilmirəm. Sadəcə, icmallara, turnir cədvəlinə baxıram. Coy-Lens Mikelsin bombardir olmağından da xəbərdaram. Bu arada “Sabah” tarixində ilk dəfə çempion ola bilər.

- “Qarabağ”ı, başqa komandalarımızı tanıyırsan?
- Ancaq “Qarabağ”ı. Çempionlar Liqasını izləməyi xoşlayıram. “Qarabağ”ın ÇL-də bütün oyunlarını izlədim, sürpriz nəticələr göstərdi, pley-offda “Nyukasl”a məğlub oldu.

- Mutsinzini bəyənirsən?
- Bəli. O həm komandasında, həm də millidə çox yaxşı müdafiəçidi.

- “FİFA Series” sizin üçün önəmli turnirdi?
- Bəli, çünki yekunda titul verirlər. Futbolçuları oynamağa da həvəsləndirir.

- Səncə, yığmalarımız qarşılaşsa, kim qalib gələr?
- Biz (gülür).

MÜZƏFFƏR QULUZADƏ

Избранный
26
1
football-plus.az

2Источники