RU

"Hizbullah" İsrailin şimalına 50-dən çox raket və dronBURAXDI

"Hizbullah" döyüşçüləri İsrail Müdafiə Qüvvələrinin (İMQ) mövqelərinə və Yuxarı, Aşağı və Qərbi Qalileydəki yaşayış məntəqələrinə 50-dən çox raket və pilotsuz uçuş aparatı buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalındakı bəyanatında deyilir.

"Müqavimət qüvvələri dinc əhalinin bombardman edilməsinə, insanların köçürülməsinə və evlərin sökülməsinə cavab olaraq Livanın və onun xalqının müdafiəsi üçün "Xeybər - 2" əməliyyatının başladığını elan edir", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Hizbullah" dəstələri İsrailin şimal sahilindəki hərbi bazaya, Hayfadan cənub-şərqdə yerləşən hərbi obyektlərə hücum edib. Həmçinin bir sıra yaşayış məntəqələri də atəşə tutulub.

 

Избранный
27
6
redaktor.az

8Источники